“Pasient hüquqları haqqında” qanun layihəsi hazırlanır

“Pasient hüquqları haqqında” qanun layihəsi hazırlanır
# 30 iyun 2022 12:27 (UTC +04:00)

“Pasient hüquqları haqqında” yeni qanun layihəsi hazırlanır.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Sədaqət Vəliyeva deyib.

O bildirib ki, pasientlərin hüquqları haqda qanun layihəsi özündə tibb işçilərinin öhdəlik və hüquqlarını, həmçinin ağırlaşmalar zamanı pasiyentin yaxınlarının üzərinə düşən vəzifələri ehtiva edəcək: "Çünki elə hallar olur ki, həkimə son məqamda müraciət olunur. Bu da pasientin həyatında ciddi fəsadlar, hətta ölüm riski yarada bilər. Xüsusilə, himayəsində yetkinlik yaşına çatmayan uşaqlar və sərbəst qərarvermə qabiliyyəti olmayan şəxslərin qəyyumlarının öhdəlikləri də qeyd olunacaq. Bu layihədə həmçinin yuxarıda qeyd olunan hallarda görüləcək zəruri hüquqi tədbirlər də öz əksini tapacaq. Bu çox geniş bir layihədir və hazırda üzərində təkmilləşdirmə işləri aparılır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR