Pasiyentlərin və həkimlərin hüquqlarının qorunması haqqında yeni qanun hazırlanır

Pasiyentlərin və həkimlərin hüquqlarının qorunması haqqında yeni qanun hazırlanır
  • Clock-gray 13:56
  • calendar-gray 13 İyun 2019

“Pasiyentlərin və həkimlərin hüquqlarının qorunması ilə bağlı yeni qanun layihəsi hazırlanır”.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin növbədənkənar sessiyasının iclasında Parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov  bildirib. 

Ə.Əmiraslanov yeni qanun layihəsinin yaxın günlərdə ictimai müzakirəyə çıxarılacağını nəzərə çatdırıb: “Pasiyentlərin hüquqları haqqında” qanun layihəsində bütün bu məsələlər əksini tapacaq”.

Qeyd edək ki, deputat Rəşad Mahmudov parlamentdə çıxışında həkimlərin zorakılıqdan qorunmasının zəruri olduğunu bildirib.

Ramiz Mikayıloğlu

Digər xəbərlər

Arxiv

date