“Pasiyentlərin və tibb işçilərinin hüquqları haqqında” qanun layihəsi müzakirədən çıxarılıb

“Pasiyentlərin və tibb işçilərinin hüquqları haqqında” qanun layihəsi müzakirədən çıxarılıb
# 18 sentyabr 2019 13:26 (UTC +04:00)

“Pasiyentlərin hüquqları haqqında” qanun layihəsinə tibb işçiləri ilə bağlı məsələnin də daxil edilməsi, yəni “Pasiyentlərin və tibb işçilərinin hüquqları haqqında” ayrıca qanunun qəbulu təklif edilmişdi. Səhiyyə Nazirliyi ilə bununla bağlı danışıqlar aparıldı. Belə qərara gəlindi ki, hazırda bu barədə ayrıca qanuna ehtiyac yoxdur”.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin Səhiyyə komitəsinin iclasında Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adilə Abbasova deyib.

A. Abbasova bildirib ki, “Əhalinin sağlamlığının qorunması haqqında” qanunda bununla bağlı bir neçə maddə var: “Səhiyyə Nazirliyi ilə müzakirələrdə məhz “Əhalinin sağlamlığının qorunması haqqında” qanunda həmin maddələrin genişləndirilməsi məsləhət oldu”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR