Patoloji Anatomiya Birliyinin direktoru: “Keçən həftə Ağdam və Kəlbəcərdən 4 qutu sümük qalıqları gətirilib”

Patoloji Anatomiya Birliyinin direktoru: “Keçən həftə Ağdam və Kəlbəcərdən 4 qutu sümük qalıqları gətirilib”
# 30 avqust 2022 12:10 (UTC +04:00)

"Keçən həftə bir qutu sümük qalıqları Ağdamın Şıxbabalı, 2 qutu sümük qalıqları Kəlbəcərin Zallar, bir qutu sümük qalıqları isə Kəlbəcərin Çıraq kəndindən gətirilib ".

APA-nın xəbərinə görə, bunu bu gün Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının və Beynəlxalq Qızıl Xaç Komitəsinin təşkilatçılığı ilə Beynəlxalq İtkinlər Gününə həsr edilmiş “İtkin düşmüş şəxslərin şəxsiyyətinin müəyyən edilməsi – Humanitar yanaşma” mövzusunda konfransda Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və Patoloji Anatomiya birliyinin direktoru Ədalət Həsənov bildirib.

Ədalət Həsənov deyib ki, həmin sümük qalıqlarının protokollaşdırılıb və məhkəmə-tibbi müayinəsi bu həftə həyata keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR