Paytaxtın Ziya Yusifzadə küçəsində yolun bir hissəsi bağlanıb

Paytaxtın Ziya Yusifzadə küçəsində yolun bir hissəsi bağlanıb
# 27 yanvar 2023 21:37 (UTC +04:00)

Paytaxtın Səbail rayonu Ziya Yusifzadə küçəsində yolun bir hissəsi bağlanıb.

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin baş inspektoru Araz Əsgərli APA-ya bildirib buna səbəb Qurban Abbasov küçəsi ilə Ziya Yusifzadə küçəsinin kəsişməsində yerləşən qəzalı binanın söküntüsüdür.

“Yolda hərəkət məhdudlaşdırılmaqla istiqamət dəyişdirilib. Ziya Yusifzadə küçəsində ikitərəfli hərəkət təşkil edilib. Sürücülərdən bu dəyişikliyi nəzərə almağı xahiş edirik!”, - deyə baş inspektor bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR