Pediatr: “Meyvəyə verilən hər hansı dərman uşağa mənfi təsir göstərə bilər”

Pediatr: “Meyvəyə verilən hər hansı dərman uşağa mənfi təsir göstərə bilər”
# 29 iyun 2022 15:15 (UTC +04:00)

“Tam ana südü alan uşaqlarda ana südünü 6 aydan sonra məsləhət görürük ki, ağız dadını öyrəşdirək və 1 yaşından sonra ümumi masaya uyğunlaşdıra bilək”.

APA xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin pediatr mütəxəssis-eksperti, pediatr Əkbər Quliyev bildirib. Onun sözlərinə görə, uşaqlarda sağlam qida çox vacibdir, bədəni inkişafda olduğu üçün təbii qidaya ehtiyac daha çoxdur:

“6 aydan sonra ilk olaraq südə yaxın yeməklərdən, sıyıqdan başlanılmalıdır. Düyü, qarabaşaq, yulaf sıyıqlarından 1 qaşıqla başlanmalı, zamanla tərəvəz, daha sonra isə meyvəyə keçilməlidir. Bir müddət sonra ilk olaraq toyuq, daha sonra ət bulyonuna başlaya bilərik. Səhər yeməyi də çox vacibdir. Amma bəzən uşaqlar yuxudan oyanan kimi yemək məcburiyyəti qoymaq uşaqları yeməkdən uzaqlaşdırar. Uşaq oyanandan yarım saat, 1 saat sonra yemək vermək daha uyğun olar. Uşaqlarda yemək tərbiyəsini formalaşdırmaq lazımdır. Səhər yeməyini mümkün qədər uşaq istədiyi qədər yedirmək lazımdır”.

Pediatr deyib ki, hər bir meyvənin fəsli var və yaxşı olar ki, meyvələrdən dərmansız, öz vaxtında istifadə olunsun:

“Meyvəyə verilən hər hansı dərman uşağa mənfi təsir göstərə bilər, ona görə hər meyvəni öz fəslində vermək lazımdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR