Penitensiar müəssisələrə daxil olan vəkil və müstəntiqlər koronavirusa qarşı pulsuz test olunur

Penitensiar müəssisələrə daxil olan vəkil və müstəntiqlər koronavirusa qarşı pulsuz test olunur
# 19 yanvar 2022 12:58 (UTC +04:00)

Pandemiya ilə əlaqədar karantin şəraitinə uyğun olaraq penitensiar müəssisələrə daxil olan vəkillərə və müstəntiqlərə onların rahatlığı üçün Ədliyyə Nazirliyi tibb xidməti tərəfindən pulsuz PCR testin verilməsi təşkil edilib.

APA-nın məlumatına görə, bu barədə Ədliyyə Nazirliyinin məlumatında qeyd edilib.

Bildirilib ki, həmin şəxslər Bakı şəhəri, Nizami rayonu, Müzəffər Nərimanov küçəsi 1 ünvanında yerləşən tibb məntəqəsində test verə bilərlər.

Qeyd edilib ki, son iki gündə koronavirus testindən keçmək üçün bəzi vəkillər hüquqi yardımın göstərilməsi ilə bağlı tələb olunan müvafiq sənədləri təqdim etməsə də, onlara həssaslıqla yanaşılaraq testdən keçmələrinə imkan yaradılıb və zəruri izahlar verilib. Həmin 5 vəkildən götürülmüş PCR testin nəticələrinə əsasən onlardan birində virusa yoluxma halı aşkar olunub. O, bu barədə məlumatlandırılıb və müvafiq qayğı göstərilərək müayinə və müalicə keçməsi, təcrid olunması ilə bağlı tövsiyələr verilib.

Vəkillərdən PCR testindən keçmək üçün müraciət edərkən şəxsiyyət vəsiqəsi ilə yanaşı, aidiyyəti sənədləri təqdim etmələri xahiş olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR