"Peşə təhsili müəssisələrində təhsil alan tələbələrin köçürülməsi, akademik məzuniyyətlərin verilməsi, tələbənin təhsilini dayandırması, həmçinin xaricolunma və bərpa prosedurları ilə bağlı hüquqi normativ akt qəbul olunacaq".
Bunu APA-ya açıqlamasında elm və təhsil nazirinin müavini İdris İsayev deyib.
O bildirib ki, ali və orta ixtisas təhsil pilləsi üzrə bu prosedurlara dair müvafiq normativ hüquqi aktlar olsa da, amma peşə təhsilində yox idi, indi qanuna daxil edilib:
"Beləliklə, qanun qəbul olunsa, onun əsasında Elm və Təhsil Nazirliyi tərəfindən normativ hüquqi akt qəbul ediləcək və proses necə gəldi yox, qaydalar çərçivəsində tənzimlənəcək".