Peşə məktəblərinə elektron qəbulun apellyasiya mərhələsi başlayıb

Peşə məktəblərinə elektron qəbulun apellyasiya mərhələsi başlayıb
# 14 sentyabr 2022 16:35 (UTC +04:00)

Peşə təhsil müəssisələrinə qəbul və onun nəticələri ilə bağlı vətəndaşların müraciətlərinə baxılması üçün Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən Apelyasiya Komissiyası yaradılıb.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən APA-ya bildirilib ki, komissiya apellyasiya müraciətlərinə baxılması üçün 14-15 sentyabr tarixlərində fəaliyyət göstərəcək.

Qeyd edək ki, apellyasiyaya ilk iki mərhələdə uğursuz nəticə göstərən və ya ümumiyyətlə daha öncə müraciət etməyən şəxslər müraciət edə bilər. Daha öncə hər hansı peşə təhsil müəssisəsinə qəbul olan və sənədlərini təsdiq edən şəxslər bu mərhələdə ixtisas dəyişilməsi məqsədilə müraciət edə bilməzlər.

14 sentyabr tarixindən etibarən müraciətçilər həm elektron qaydada portal.edu.az saytına daxil olmaqla açıq olan vakant yerlərə müraciətlərini göndərə biləcəklər.

Portal.edu.az saytı vasitəsilə müraciət aşağıdakı ardıcıllıqla (təlimata uyğun) həyata keçirilməlidir:

1. Şəxsi kabinetinə daxil olunur.
2. “Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulu” xidmətinə keçid edilir.
3. “Müraciət et” bölməsinə daxil olunur.
4. Şəxsi məlumatlar daxil edilir.
5. Əvvəlki təhsil məlumatları daxil edilir
6. Ekranda görünən vakant yerlərdən biri seçilib müraciət edilir.
7. Təsdiq aldığı təqdirdə, sənədlər peşə təhsil müəssisəsinə təqdim edilməlidir.

Qeyd edək ki, hər bir vakant yerə ilk müraciət edən şəxs şəxsi kabinetinə müsabiqədən keçməsi ilə bağlı bildiriş alacaq və həmin şəxs bildiriş aldıqdan sonra 15 sentyabr tarixinədək sənədlərini qəbul olduğu təhsil müəssisəsinə təqdim etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR