Peşə məktəblərinə qəbul başa çatır

Peşə məktəblərinə qəbul başa çatır
# 12 avqust 2022 14:17 (UTC +04:00)

Avqustun 12-də saat 17:00-da 2022-2023-cü tədris ili üzrə peşə təhsili müəssisələrinə tələbə qəbulu yekunlaşacaq.

Bu barədə APA-ya Elm və Təhsil Nazirliyindən xəbər verilib.

Bildirilib ki, peşə təhsili almaq istəyən şəxslər bu gün saat 17:00-dək portal.edu.az üzərindən qeydiyyatdan keçərək “Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulu” xidməti vasitəsilə müraciət edə bilərlər. Qəbul prosesi ümumi və ya tam orta təhsil bazasını bitirən şəxslər üçün açıqdır.

Müraciətçilərin elektron ərizələrindəki məlumatların doğruluğu yoxlanıldıqdan sonra iştirakçının ixtisaslar üzrə seçimi sistem tərəfindən təsdiqlənir. Qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında həyata keçirilir. Tələbə qəbulu prosesində iştirak edən hər bir şəxsə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılır.

Müraciət edən şəxslərin nəticələri barədə məlumatın “şəxsi kabinetim” bölümündə yerləşdirilməsi və həmçinin, SMS vasitəsilə də təqdim edilməsi nəzərdə tutulur. Müsabiqədən uğurla keçən namizədlər növbəti mərhələdə qəbul olduqları müəssisəyə sənədlərinin əslini təqdim edilməsi üçün dəvət olunacaqlar.

Qeyd edək ki, 2022-2023-cü tədris ili üzrə tələbə qəbulu 66 peşə təhsili müəssisəsində 127 ixtisas olmaqla 23 340 yer üzrə aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR