Peşə məktəblərinə qəbulun II mərhələsi bu gün yekunlaşır

Peşə məktəblərinə qəbulun II mərhələsi bu gün yekunlaşır
# 05 sentyabr 2022 10:44 (UTC +04:00)

Peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsi bu gün saat 17:00-da başa çatır.

Elm və Təhsil Nazirlyiindən APA-ya verilən xəbərə görə , 30 avqust tarixindən 2022/2023-cü tədris ili üzrə peşə təhsil müəssisələrinə boş qalan plan yerləri üçün elektron tələbə qəbulunun II mərhələsinə start verilib.

II mərhələdə müraciətçilər www.portal.edu.az platforması üzərindən elektron formada müraciət edə bilərlər. Peşə təhsili müəssisələrinə ümumi və ya tam orta təhsil bazasını bitirən şəxslər müraciət edə bilərlər.

Həmçinin peşə təhsili pilləsi üzrə elektron tələbə qəbulunun I mərhələsində uğurlu nəticə göstərməyən şəxslər də II mərhələyə qatıla və ixtisas seçimi həyata keçirə bilərlər. Boş qalan yerlər üzrə müraciət imkanı I mərhələdə iştirak etməyənlər üçün də açıqdır.

Peşə təhsili müəssisələrinə qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında aparılır. II mərhələdə ümumilikdə 8500 boş qalmış plan yeri müsabiqəyə çıxarılıb.

Tələbə qəbulu prosesində hər şəxsə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılır. Müsabiqədən uğurla keçən şəxslər növbəti mərhələdə qəbul olduqları müəssisəyə sənədlərini təqdim etmək üçün müraciət etməlidirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR