Peşə məktəblərinə sənəd verənlərin sayı açıqlanıb

Peşə məktəblərinə sənəd verənlərin sayı açıqlanıb
# 12 avqust 2022 18:22 (UTC +04:00)

12 avqust 17:00-dan etibarən 2022/2023-cü tədris ili üçün peşə təhsil müəssisələrinə elektron tələbə qəbulu prosesinə yekun vurulub.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən APA-ya bildirilib ki, 1 avqust tarixindən etibarən www.portal.edu.az platforması vasitəsilə 22 016 nəfərdən 59 993 müraciət daxil olub.

Alınan nəticələr bu ilki müraciətçi sayının ötən ilin analoji göstəriciləri ilə müqayisədə 48% çox olduğunu göstərir.

Peşə təhsili almaq istəyən şəxslər əsasən İKT, turizm, sənaye və iaşə istiqamətlərində olan ixtisasları seçməyə üstünlük veriblər.
Müsabiqənin nəticələrinin 20 avqust tarixində elan olunması nəzərdə tutulur. Nəticələr müraciətçilərə SMS vasitəsilə təqdim edilməklə yanaşı, “şəxsi kabinet” bölməsində də yer alacaq.

Peşə təhsil pilləsi üzrə boş qalmış plan yerlərinə tələbə qəbulunun II mərhələsinin 30 avqust – 5 sentyabr tarixlərində baş tutması planlaşdırılır.

Qeyd edək ki, 2022/2023-cü tədris ili üzrə elektron tələbə qəbulunun I mərhələsi 66 peşə təhsil müəssisəsində 127 ixtisas olmaqla 23340 yer üzrə aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR