Peşə təhsili müəssisələrinə sənəd qəbulu bu gün başa çatır - YENİLƏNİB

Peşə təhsili müəssisələrinə sənəd qəbulu bu gün başa çatır - YENİLƏNİB
# 20 avqust 2019 15:55 (UTC +04:00)

Bu gün 2019-2020-ci tədris ili üzrə dövlət peşə təhsili müəssisələrinə elektron qaydada sənəd qəbulu başa çatır.

Bu barədə APA-ya Təhsil Nazirliyindən bildirilib.

Xəbərdə qeyd olunur ki, bu gün saat 14:00-dək olan məlumata görə, artıq 10 768 nəfərin müraciəti qeydə alınıb. Müraciət edənlər əsasən aşpaz, dərzi, aqroservis mütəxəssisi, heyvandarlıq mütəxəssisi və kompüter operatoru ixtisaslarına üstünlük veriblər.

***

12:24

2019-2020-ci tədris ili üzrə dövlət peşə təhsili müəssisələrinə elektron qaydada aparılan sənəd qəbulu bu gün başa çatır.

Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, peşə təhsili müəssisələrinə qəbul şəhadətnamə və ya attestat əsasında müvafiq fənlərin orta balı nəzərə alınmaqla müsabiqə yolu ilə həyata keçirilir.

Əlilliyi olan şəxslərin, həmçinin valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların peşə təhsili müəssisələrinə qəbulu müsabiqədənkənar aparılır.

Sənəd qəbulu “ASAN xidmət” mərkəzlərində, “ASAN xidmət” mərkəzlərinin fəaliyyət göstərmədiyi şəhər və rayonlar üzrə isə müvafiq peşə təhsili müəssisələrində ödənişsiz şəkildə və elektron qaydada həyata keçirilir.

Qeyd edək ki, nəticələrin avqustun 21-də elan olunması nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR