Peyvənddən sonra tibb işçiləri arasında koronavirusa yoluxma göstəriciləri açıqlanıb

Peyvənddən sonra tibb işçiləri arasında koronavirusa yoluxma göstəriciləri açıqlanıb
# 10 yanvar 2022 12:12 (UTC +04:00)

“Təxminən bir ilə yaxındır 1500-dək tibb işçisi arasında böyük araşdırma aparılır. Burada 6 aydan bir qanda antitellərin səviyyəsi, vaksinasiya olunub-olunmamaqdan asılı olmayaraq təkrar yoluxmalar araşdırılır”.

APA-nın məlumatına görə, bunu İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Nabil Seyidov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, sorğunun ilkin nəticələri yaxın zamanlarda beynəlxalq konfransda təqdim olunacaq: “Araşdırmada inaktiv və mRnt vaksinlərin effektivliyi, 2 doza və buster dozadan sonra təkrar yoluxma hallarının olub-olmaması öyrənilir. Nəticələr göstərib ki, iki doza "Coronavac" tətbiqindən sonra immunitet səviyyəsi çox yüksəkdir. 3-cu doza həm “Coronavac”, həm də mRnT vaksini tətbiq olunduqdan sonra yoluxma hallarında azalma olub. Əgər iki dozadan sonra 1500 nəfər arasında bu say 70 nəfər idisə, buster dozadan sonra cəmi 10-15 tibb işçisi xəstəliyə yenidən yoluxub. Hamısı xəstəliyi yüngül keçirib və hospitalizasiya olunmayıb. Bu da çox böyük göstəricidir. 2020-ci ildə 3 sorğu, 2021-ci ildə 2 sorğu həyata keçirilib. 4 və 5-ci sorğular göstərdi ki, əhalinin vaksinasiyaya münasibəti müsbətə doğru kəskin dəyişib. Əvvəlki sorğularda əhalinin təxminən 30-35 faizi vaksinasiyaya neytral ya da mənfi münasibət bəsləyirdi. Aparılan maarifləndirmə nəticəsində insanların vaksinasiyaya meylliliyi artıb. Hazırda ölənlər və xəstəliyi ağır keçirənlərin əksəriyyəti peyvənd olunmayanlardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR