"Pfizer" Omicrona qarşı peyvəndin klinik sınaqlarına başlayır

"Pfizer" Omicrona qarşı peyvəndin klinik sınaqlarına başlayır
# 25 yanvar 2022 16:26 (UTC +04:00)

"Pfizer"-"BioNTech" COVID-19-un Omicron ştamına qarşı hazırladığı peyvəndin klinik sınaqlarına başlayır.

APA-nın xəbərinə görə, bu barədə "Pfizer"in saytında məlumat verilib.

Klinik sınaqlarda 18-55 yaş arası 1420-yə qədər sağlam şəxs iştirak edəcək. Tədqiqat nəticəsində peyvəndin təhlükəsizliyi, davamlılığı və immun reaksiya səviyyəsi öyrəniləcək.
Tədqiqat üç qrupa bölünür:

Birinci qurupdakı iştirakçılar tədqiqatdan ən azı 90-180 gün əvvəl hazırkı "Pfizer" COVID-19 peyvəndinin iki dozasını qəbul etmiş şəxslərdir. Onlara Omicron ştamına qarşı hazırlanmış spesifik peyvəndin bir və ya iki dozası vurulacaq.

İkinci qurupdakı iştirakçılar tədqiqatdan ən azı 90-180 gün əvvəl hazırkı "Pfizer" peyvəndinin üç dozasını qəbul ediblər. Onlara cari "Pfizer" peyvəndin və ya Omicron ştamına qarşı peyvəndin bir dozası vurulacaq.

Üçüncü qurup iştirakçılar COVID-19 peyvəndi vurdurmayıblar. Onlar Omicron ştamına qarşı peyvəndin üç dozasını alacaqlar.
Yeni ştama qarşı peyvənd 30 mikroqramlıq dozada (hazırkı peyvəndlə eyni doza) əzələyə inyeksiya olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR