Pirallahıda qaz təchizatı dayandırılıb

Pirallahıda qaz təchizatı dayandırılıb
# 17 sentyabr 2019 10:40 (UTC +04:00)

“Pirallahı yeni” və “Bir may” ölçü qovşağına gələn qaz xəttində aparılan təmir işləri ilə əlaqədar Pirallahı rayonunda bu gün səhər saatlarında bir qrup abonentin qaz təchizatı dayandırılıb.

Bu barədə APA-ya “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Təmir işləri yekunlaşan kimi qazın verilişi bərpa olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR