Polis hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Polis hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
# 20 noyabr 2022 01:00 (UTC +04:00)

Noyabrın 20-də gecə və səhər saatlarında duman ilə əlaqədar olaraq ölkənin bəzi avtomobil yollarında görmə məsafəsi 300-800 m-dək məhdudlaşacaq.

Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin Kütləvi İnformasiya Vasitələri ilə İş və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Elşad Hacıyev məlumat verib.

Qurum rəsmisi hava şəraiti ilə bağlı hərəkət iştirakçılarını ehtiyatlı olmağa çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR