Prezident seçkisində rəqibləri Tokayevi təbrik edib

Qazaxıstanda seçki

© APA | Qazaxıstanda seçki

# 21 noyabr 2022 09:39 (UTC +04:00)

Qazaxıstanda keçirilmiş prezident seçkisində iştirak edən 3 nəfər Kasım-Jomart Tokayevi ilkin nəticələr münasibətilə təbrik edib.

APA xəbər verir ki, bu barədə “Kazinform” məlumat yayıb.

Prezident seçkisində namizədliyini irəli sürmüş Saltanat Tursınbekova, Jiquli Dayrabayev, Karakat Abden seçkilərin rəsmi nəticəsi elan olunmadan, səsvermənin ilkin nəticələrinə görə Kasım-Jomart Tokayevi qələbəsi münasibətilə təbrik ediblər.

Dünən keçirilmiş seçkidən sonra ilkin hesablamalara görə, Saltanat Tursınbekova 2.08 faiz, Jiquli Dayrabayev 3.33 faiz, Karakat Abden isə 2.61 faiz səs toplaya bilib.

Xatırladaq ki, “exit-poll”un nəticələrinə əsasən, Kasım-Jomart Tokayev prezident seçkisində 82 faizdən çox səs toplayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR