Prezidentin Naxçıvan MR-də səlahiyyətli nümayəndəsinin vəzifəsi inzibati vəzifələrin birinci təsnifatına daxil edilir

Prezidentin Naxçıvan MR-də səlahiyyətli nümayəndəsinin vəzifəsi inzibati vəzifələrin birinci təsnifatına daxil edilir
# 02 may 2023 12:53 (UTC +04:00)

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin vəzifəsi inzibati vəzifələrin birinci təsnifatına daxil edilir.

APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə daxil edilən “Dövlət qulluğu haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavinlərinin vəzifələri inzibati vəzifələrin ikinci təsnifatında yer alacaq.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR