Prokurorluq orqanlarında təyinatlar olub

Prokurorluq orqanlarında təyinatlar olub
# 06 sentyabr 2022 17:13 (UTC +04:00)

Quba rayon prokurorunun müavini vəzifəsindən azad olunub.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-nın verilən məlumata görə, Baş Prokuror Kamran Əliyevin əmrinə əsasən, Quba rayon prokurorunun müavini Pərviz Nərimanov tutduğu vəzifədən azad edilib.

Digər əmrlə Pərviz Nərimanov Qaradağ rayon prokurorunun müavini təyin olunub.

Baş Prokuror Kamran Əliyev Xaçmaz rayon prokurorunun böyük köməkçisi İsbəndiyar İsgəndərovun vəzifəsindən azad edilərək Quba rayon prokurorunun müavini təyin olunması haqqında əmr də imzalayıb.

Baş Prokurorun digər əmrinə əsasən, Baş Prokurorluğun İstintaq idarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi Tural Haqverdiyev vəzifəsindən azad edilərək Bakı şəhəri Nərimanov rayon prokurorunun müavini təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR