Protezlə təmin edilmiş qazilərin futbol yarışı keçirilib - FOTO - VİDEO

Protezlə təmin edilmiş qazilərin futbol yarışı keçirilib  - FOTO  - VİDEO
# 20 iyul 2022 20:09 (UTC +04:00)

Vətən müharibəsində yaralanmış və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yüksək texnologiyalı protezlərlə təmin edilmiş qəhrəman qazilərin futbol yarışı keçirilib.

APA xəbər verir ki, yarışı izləyənlər arasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, gənclər və idman nazirinin müavini Mariana Vasileva, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, millət vəkilləri və digər tanınmış şəxslər də olub.

Oyunda iştirak edən 14 iştirakçıdan 10-u yüksək texnologiyalı protezlərlə təmin edilən müharibə əlilləri, digərləri isə nazirlik əməkdaşları olub.

“Aslanlar” və “Canavarlar” komandalarının iştirakı və maraqlı oyun epizodları ilə keçən futbol yarışında müharibə əlilləri əzmkar oyun nümayiş etdiriblər. Yarış “Canavarlar” komandasının 7:3 hesablı qələbəsi ilə yekunlaşıb. Yarışın sonunda iştirakçılara təşəkkürnamələr təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR