Psixiatr: Valideynlərin imtahan nəticələri ilə bağlı gözləntisi uşağının resursuna uyğun olmalıdır

Psixiatr: Valideynlərin imtahan nəticələri ilə bağlı gözləntisi uşağının resursuna uyğun olmalıdır
# 31 may 2023 15:37 (UTC +04:00)

Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin psixiatrı Aydan Cabbarova imtahanlarla bağlı uşaqların keçirdiyi stress və valideynlərin onlardan böyük gözləntilərinin olmağı məsələsinə münasibət bildirib.

APA xəbər verir ki, Aydan Cabbarova deyib ki, ən çox mart, aprel aylarında müəyyən yaş qrupunda olan uşaqların imtahan stressi ilə bağlı müraciətləri olur:

“Valideynlər övladlarından gözləntilərini onlara uyğunlaşdırmalıdırlar. Hamı istəyər ki, ailə üzvlərinin uğurları ideal olsun. Amma imtahan nəticələri ilə bağlı valideynin gözləntisi uşağının resursuna uyğun olmalıdır. Uşağa yüklənməklə onun resurslarını tükədirik, depressiya yaradırıq. Valideynlər uşaqları düzgün qiymətləndirməlidir ki, gözləntisi də ona uyğun olsun. Uşaqların istedadı, marağı, ya da əksinə marağı olmadığını üzə çıxarmaq lazımdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR