“Qaçqınkom”: Böyük Qayıdışa dair I Dövlət Proqramının icrasına ciddi hazırlıq görülüb

“Qaçqınkom”: Böyük Qayıdışa dair I Dövlət Proqramının icrasına ciddi hazırlıq görülüb
# 18 noyabr 2022 16:13 (UTC +04:00)

Böyük Qayıdışa dair I Dövlət Proqramında öz əksini tapan prioritet fəaliyyət istiqamətlər üzrə bır sıra tədbirlərin həyata keçirilməsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin də əsas və əlavə icraçı kimi iştirakı nəzərdə tutulub.

Komitədən APA-ya verilən xəbərə görə, ümumiyyətlə, komitə Böyük Qayıdışa dair I Dövlət Proqramı və onun Tədbirlər Planında qarşıya qoyulmuş vəzifələrin vaxtında və tələb edilən səviyyədə icrasına əvvəlcədən ciddi hazırlıq görüb, müvafiq fəaliyyətlər üzrə texniki-təşkilati baza yaradılması istiqamətində zəruri iş aparıb.

Dövlət Komitəsi respublikanın müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış məcburi köçkünlər arasında sorğu keçirir, doğma yurda qayıdacaq ailələrin sayının dəqiqləşdirilməsi, onların sosial vəziyyətinin və məşğulluq imkanlarının qiymətləndirilməsi üçün zəruri tədbirlər görür, əhali arasında məlumatlandırma, təbliğat işləri aparır, köçürülmənin texniki-təşkilati məsələləri ilə məşğul olur.

Sorğuda iştirak etmiş məcburi köçkünlərin böyük əksəriyyəti doğma yurda qayıtmaq niyyətində olduqlarını bildirib. Sorğu zamanı məcburi köçkünlərin fərdi məlumatları, məşğulluq imkanları öyrənilir, əldə edilmiş məlumatlar Dövlət Komitəsinin vahid elektron-məlumat bazasına daxil edilir.

Əminliklə demək olar ki, Dövlət Proqramının icrası məcburi köçkünlərin doğma yurda geri qaydışını sürətləndirəcək, işğaldan azad edilmiş ərazilərin tezliklə dirçəldilməsinə, respublikanın sosial-iqtisadi həyatına inteqrasiyasına əlverişli şərait yaradacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR