Qadınlara qarşı ayrı-seçkiliyin ləğv edilməsi ilə bağlı tədbir keçirilib - FOTO

Qadınlara qarşı ayrı-seçkiliyin ləğv edilməsi ilə bağlı tədbir keçirilib - FOTO
# 15 iyul 2022 11:20 (UTC +04:00)

Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin birgə təşkilatçılığı ilə “BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyasının (CEDAW) həyata keçirilməsində qeyri-hökumət təşkilatlarının rolu” mövzusunda tədbir keçirilib.

APA xəbər verir ki, tədbirin keçirilməsində məqsəd 16 iyun 2022-ci il tarixində BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğv olunması üzrə Komitəsinin (CEDAW) Cenevrə şəhərində keçirilən 82-ci sessiyasında Azərbaycan Hökumətinin “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiyasının icrasına dair altıncı dövri məruzəsi ilə bağlı CEDAW Komitəsinin yekun tövsiyələri barədə vətəndaş cəmiyyəti nümayəndələrini məlumatlandırmaq, onları bir daha müvafiq sahədə əməkdaşlığa və tövsiyələrin həyata keçirilməsinə töhfə verməyə dəvət etməkdir.

Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva açılış nitqi ilə çıxış ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR