Qadınların ictimai iştirakçılığı ilə bağlı hesabat təqdim olunub

Qadınların ictimai iştirakçılığı ilə bağlı hesabat təqdim olunub
# 29 iyul 2022 18:26 (UTC +04:00)

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyə dəstəyi ilə həyata keçirilən “Şəffaflıq Naminə Azərbaycan” (ECSOFT) layihəsi çərçivəsində İslahatçı Qadınlar və İnnovasiyalar İctimai Birliyi tərəfindən hazırlanmış “Azərbaycanda qadınların ictimai iştirakçılığı və səlahiyyətləndirilməsi” adlı araşdırma-hesabatı ictimaiyyətə təqdim olunub.

Bu barədə APA-ya İctimai Birlikdən bildirilib.

Məlumata görə, araşdırma çərçivəsində qadınların ictimai-siyasi proseslərdə iştirakının qiymətləndirilməsi məqsədilə QHT-lər və aktiv qadınlar arasında sorğu aparılıb, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin aparatı, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin nümayəndələri və cəmiyyətin gender problemləri ilə məşğul olan beş tanınmış nüfuzlu xanımı - Azərbaycan Mikromaliyyə Assosiasiyası İctimai Birliyinin (AMFA) icraçı direktoru Jalə Hacıyeva, APA Media Holdinqin rəhbəri Vüsalə Mahirqızı, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova, Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyətinin sədri Şəhla İsmayıl və "Gender Hub Azerbaijan" layihəsinin həmtəsisçisi Məryəm Məcidova ilə müsahibələr həyata keçirilib.

Layihə çərçivəsində Bakı və region qadınları üçün iki fokus qrup müzakirəsi keçirilərək, qadın iştirakçılığının maneələri araşdırılıb.

Bu gün isə, hazırlanmış araşdırma hesabatın ilkin forması ictimai müzakirəyə təqdim olunub. Müzakirələr zamanı hökumətə və adiyyatı dövlət qurumlarına təqdim olunacaq tövsiyələr hazırlanıb.

Konfransı araşdırma qrupunun rəhbəri Vüsalə Hüseynli, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvləri, müstəqil ekspertlər Günel Səfərova və Zaur İbrahimli, Ombudsman Aparatının şöbə müdiri Lamiyə Zeynalova, qadın təşkilatlarının rəhbərləri Ruhəngiz Hüseynova, Məleykə Əlizadə, Məhluqə Qəhrəmanlı, İlqar Hüseynli, Gəncə, Beyləqan, Masallı, Sabirabad, Tovuz, Qax və s region təşkilatlarının rəhbərləri, bələdiyyə sədrləri və üzvləri müzakirələrdə aktiv iştirak edərək, təkliflərini səsləndiriblər.

Təklif arasında BMT (SEDAW) Qadınlara Qarşı Ayrı-Seçkiliyin Ləğvi Komitəsi Azərbaycanın VI dövrü hesabatı üzrə yekun tövsiyələrinin araşdırılması və praktik addımların atılması üçün hökumət və QHT-lərdən ibarət işçi qrupunun yaradılması müraciətdə yer alıb.

Qeyd olunub ki, müzakirələrdə gender büdcəsi, gender gündəliyi, qadınların səlahiyyətləndirilməsi ilə bağlı ictimaiyyət arasında maarifləndirmə, vəkillik işlərinin təbliği, yenilənən sterotiplərin aradan qaldırılması üçün alətlərin tapılması məsələləri də tövsiyələr də yer alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR