Qadınların yerli idarəetmədə iştirakının artırılması ilə bağlı tədbir keçirilib - FOTO

Qadınların yerli idarəetmədə iştirakının artırılması ilə bağlı tədbir keçirilib  - FOTO
# 20 iyul 2022 11:09 (UTC +04:00)

Qadınların yerli idarəetmədə iştirakının artırılması mövzusunda tədbir keçirilib.

APA xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Beynəlxalq Almaniya Əməkdaşlıq Cəmiyyətinin (GİZ) birgə təşkilatçılığı çərçivəsində “Qadınların yerli idarəetmədə iştirakının artırılması” mövzusunda dəyirmi masa keçirilib.

Dəyirmi masada dövlət qurumlarının, yerli özünüidarəetmə orqanlarının və vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri iştirak edib.

Tədbirdə qadınların yerli idarəetmədəki təmsilçiliyində mövcud problemlər və inkişaf yolları barədə fikir mübadiləsi aparılıb.

Həmçinin bələdiyyələrdə yaradılan gender komissiyalarının potensialının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyəti, pilot gender komissiyalarının təcrübəsi, maneələr və perspektivlər müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR