Qanunsuz balıq ovlayan şəxslər cəzalandırılıb

Qanunsuz balıq ovlayan şəxslər cəzalandırılıb
# 09 iyun 2022 11:17 (UTC +04:00)

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Lənkəran şəhəri akvatoriyasında və Yenikənd su anbarında balıq ovlayan şəxslər saxlanılıb.

APA xəbər verir ki, Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı brakonyerlərin Lənkəran şəhər sakini Adil Ağayev və Şəmkir rayon sakini Nihad Ağayev olduğu müəyyən edilib.

“Faktlarla bağlı bir qanun pozucusu barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbir görülüb, bir fakt üzrə isə təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Su Nəqliyyatında Polis İdarəsinə göndərilməsi üçün hazırlanır”.

Bəhruz Məhəmmədov qeyd edib ki, ayrı-ayrı inzibati rayonların ərazisində keçirilən nəzarət tədbirləri zamanı su hövzələrindən ümumilikdə 820 metr uzunluğunda sintetik tor yığışdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR