Qanunsuz balıq ovlayan şəxslər cəzalandırılıb

Qanunsuz balıq ovlayan şəxslər cəzalandırılıb
# 23 iyun 2022 15:55 (UTC +04:00)

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Sumqayıt şəhəri akvatoriyasında və Kür çayında balıq ovlayan şəxslər saxlanılıb.

APA xəbər verir ki, Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı brakonyerlərin Sumqayıt şəhər sakini Ramil Hüseynov və Neftçala rayon sakini Murad Hacıyev olduğu müəyyən edilib, onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.

Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.

Bəhruz Məhəmmədov onu da qeyd edib ki, ayrı-ayrı inzibati rayonların ərazisində keçirilən nəzarət tədbirləri zamanı su hövzələrindən ümumilikdə 500 metr uzunluğunda sintetik tor yığışdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR