Qanunsuz stimullaşdırıcı lotereyalara görə  cərimə müəyyənləşir

Qanunsuz stimullaşdırıcı lotereyalara görə  cərimə müəyyənləşir
# 27 dekabr 2021 13:29 (UTC +04:00)

Keçirilməsi qadağan edilmiş və ya keçirilmə hüququ əldə edilməmiş stimullaşdırıcı lotereyaların və qeydiyyata alınmamış digər lotereyaların reklamına görə cərimə müəyyənləşir.
APA-nın məlumatına görə, bu, bu gün Milli Məclisdə üçüncü oxunuşda müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, keçirilməsi qadağan edilmiş və ya keçirilmə hüququ əldə edilməmiş stimullaşdırıcı lotereyaların və qeydiyyata alınmamış digər lotereyaların reklamına görə fiziki şəxslər 5 min manat, vəzifəli şəxslər 10 min manat, hüquqi şəxslər 50 min manat məbləğdə cərimə ediləcək.
Layihə üçüncü oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR