Qanunvericilikdə Qərbi Azərbaycan qaçqınlarının statusuna yenidən baxılması təklif olunub

Qanunvericilikdə Qərbi Azərbaycan qaçqınlarının statusuna yenidən baxılması təklif olunub
# 01 fevral 2023 12:45 (UTC +04:00)

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, deputat Əziz Ələkbərov Milli Məclisin yaz sessiyası üçün İş planına Qərbi Azərbaycan qaçqınlarının statusuna yenidən baxılması məsələsinin daxil edilməsi təklifi ilə çıxış edib.

APA-nın xəbərinə görə, Milli Məclisin yaz sessiyası çərçivəsində bu gün keçirilən ilk iclasda çıxış edən Əziz Ələkbərov deyib ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” qanuna edilən dəyişikliklər Qərbi Azərbaycana Qayıdış Konsepsiyasına da öz töhfəsini vermiş olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR