Qarabağı tərk edən ermənilərin Laçın SBM-dən keçidi üçün şərait yaradılır, ərazidə sıxlıq müşahidə olunur - FOTO - VİDEO

Qarabağı tərk edən ermənilərin Laçın SBM-dən keçidi üçün şərait yaradılır, ərazidə sıxlıq müşahidə olunur - FOTO  - VİDEO
# 26 sentyabr 2023 10:35 (UTC +04:00)

Qarabağı tərk edərək, Ermənistana gedən erməni əsilli şəxslərin Laçın sərhəd-buraxılış məntəqəsindən (SBM) sərbəst keçidi üçün şərait yaradılır.

Ərazidə sıxlıq müşahidə olunur.

APA-nın Laçına ezam olunan əməkdaşı xəbər verir ki, onlar SMB-dən keçərək Gorus istiqamətində hərəkət edir.

Qarabağı tərk edib, Ermənistana gedən ermənilərin sayı çox olduğundan Laçın SBM gücləndirilmiş iş rejimində çalışır. Ermənilərin köçü gecə boyu da davam edib.

Ermənilərin əksəriyyəti şəxsi avtomobilləri ilə Ermənistana hərəkət edirlər.

Qarabağı tərk edən ermənilərin çoxluğu səbəbindən Ermənistan ərazisində də sıxlıq müşahidə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR