“Qarabağın təbii ehtiyatları atlası” hazırlanıb

“Qarabağın təbii ehtiyatları atlası” hazırlanıb
# 29 dekabr 2021 17:45 (UTC +04:00)

“Qarabağın təbii ehtiyatları atlası” (miqyas 1:770 000) hazırlanaraq çapa təqdim edilib”.

APA-nın məlumatına görə, bunu AMEA-nın Geologiya və Geofizika İnstitutunun icraçı direktoru Dadaş Hüseynov Geologiya və Geofizika İnstitutunun və Təbiət Tarixi Muzeyinin 2021-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarının müzakirəsinə həsr olunan tədbirdə deyib.

Bildirilib ki, “Qarabağın təbii ehtiyatları atlası” AMEA-nın Geologiya və Geofizika, Coğrafiya, Botanika, Zoologiya, Torpaqşünaslıq və Aqrokimya, Tarix institutlarının, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Bakı Dövlət Universitetinin alim və mütəxəssislərinin cəlb olunduğu bir qrup kollektiv tərəfindən hazırlanıb.

O qeyd edib ki, yeni atlas metodiki yanaşmanın tətbiqi ilə regionun tarixi-təbii irsinin müasir vəziyyətini və inkişaf qanunauyğunluğunu özündə əks etdirir.

Atlas ilk dəfədir nəşr olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR