Qaradağdakı daş karxanalarında 47 istismarçıya icazə sənədləri verilib

Qaradağdakı daş karxanalarında 47 istismarçıya icazə sənədləri verilib
# 17 yanvar 2023 11:16 (UTC +04:00)

“Daş karxanalarının əksəriyyəti Qaradağ rayonunda yerləşən əhəng və mişar daşı yataqlarıdır”.

APA xəbər verir ki, bunu Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə heyətinin sədr müavini Elçin Məcidov jurnalistlər üçün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, Qaradağda yerləşən daş karxanalarının fəaliyyətinin şəffaflaşdırılması məqsədilə 47 istismarçıya icazə sənədləri təqdim olunub.

“Eyni zamanda, Qaradağda fəaliyyət göstərən digər istismarçıların da zəruri sənədlərinin verilməsi və fəaliyyətlərinin mövcud qanunvericiliyin norma və standartları çərçivəsində aparılması işləri davam etdirilir. Həmçinin faydalı qazıntı yataqlarının bərpa olunması və mədən tullantılarının idarə olunması istiqamətində tədbirlər davam etdirilir. Bundan başqa, Nardaranda yerləşən daş karxanalarında mütəmadi monitorinqlər aparılır. Ərazinin bir qismində torpaqların rekultivasiyası işləri aparılır”, - o bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR