“Qarant Sığorta Agenti"nin mobil tətbiqinin təqdimatı olub - FOTO

“Qarant Sığorta Agenti"nin mobil tətbiqinin təqdimatı olub - FOTO
# 02 sentyabr 2022 13:57 (UTC +04:00)

“Qarant Sığorta Agenti"nin yeni hazırlanmış mobil tətbiqinin təqdimat mərasimi keçirilib.

Agentlikdən APA-ya verilən məlumata görə, tədbirdə Milli Məclisin deputatları, sığorta şirkətlərinin rəhbər və rəsmi şəxsləri, xarici partnyor şirkətlər və media nümayəndələri iştirak ediblər.

Tədbirin keçirilməsində əsas məqsəd, öz sahəsində universal olan “garantsigorta” mobil tətbiqini və “Qarant Sığorta Agenti”nin geniş xidmət növləri haqda məlumatları vətəndaşlara təqdim etməkdir.

"Qarant Sığorta Agenti" MMC-nin icraçı direktoru Abbas Məmmədov mobil tətbiq barədə qonaqlara məlumat verib. O, çıxışında mobil tətbiqin geniş imkanlarından və üstünlüklərindən danışıb.

Sığorta sahəsində inkişafların mövcudluğunu bildirən direktor deyib ki, bu istiqamətdə müxtəlif layihələrin icra edilməsi sevindirici haldır. Onun sözlərinə görə, “Qarant Sığorta Agenti"nin mobil tətbiqinin ərsəyə gəlməsi də məhz vətəndaşlar üçün bu sahədə əlçatanlığın təmin edilməsi üçündür.

Mobil tətbiqin istifadəsində bütün sadə vətəndaşların nəzərə alındığını vurğulayan A.Məmmədov qeyd edib ki, “Qarant Sığorta Agenti”nin mobil tətbiqindən hər bir kəs az da olsa qazanc əldə edə biləcək:

“Müştərilərimiz heç bir abunə haqqı ödəmədən, nəqliyyat vasitələrinin cərimələrinin yoxlanılmasını və ödənilməsini rahat şəkildə həyata keçirə biləcəklər. Bundan başqa, istənilən onlayn könüllü sığorta növü üzrə sorğular göndərildikdən sonra tez bir zamanda cavablandırılacaq. Bunun üçün heç bir xidmət haqqı tutulmayacaq. Bu qədər sadə və rahat bir tətbiq ərsəyə gətirmişik.

Daha sonra tədbirdə iştirak edən Milli Məclisin deputatları çıxış ediblər. Qonaqlar ”Qarant Sığorta Agenti”nin yeni təqdim olunan mobil tətbiqi ilə bağlı öz fikirlərini bölüşüblər.

Bundan başqa tədbirdə "MJM Holding” şirkətinin hazırda məsləhətçisi çalışan Kristof Vasilyevski “Qarant Sığorta Agenti” ilə olan əməkdaşlıqlarından danışıb. O, çıxışında mobil tətbiqlə bağlı təşkilatçılara öz təbriklərini ünvanlayıb.

Daha sonra mobil tətbiqin fəaliyyəti ilə bağlı video-çarx nümayiş edilib.

Sonda musiqili çıxış olub və mərasim bədii hissə ilə başa çatıb.

Qeyd edək ki, “Qarant Sığorta Agenti” ilə sığortanın onlayn əldə olunması daha da asanlaşıb. Artıq sığortanın onlayn alınması üçün cəmi bir neçə dəqiqə sərf olunur. Bunun üçün sadəcə olaraq “Google Play Store” və “Apple Store”dan “garantsigorta” mobil tətbiqini yükləmək kifayət edir.

Beləliklə, "Qarant Sığorta Agenti" MMC ilə vǝtəndaşlar, sığorta şirkətlərinə getmədən və növbə gözləmədən nəqliyyat vasitələrinin icbari sığortası, daşınmaz əmlakın icbari sığortası və səyahət sığortası kimi sığorta növlərini onlayn şəkildə əldə edə biləcəklər.

Əlavə üstünlük olaraq müştərilər heç bir abunə haqqı ödəmədən, nəqliyyat vasitələrinin cərimələrinin yoxlanılmasını və ödənilməsini rahat şəkildə həyata keçirə biləcəklər.

Bu tip sığorta həm səyahətçini, həm də məsuliyyətli işgüzar səfərdə olan şəxsləri qorumağa xidmət edir. Xaricdə sığortaya ən gözlənilməz anda ehtiyac yarandığı halda bunun üçün təkcə şirkətə müraciət etmək kifayətdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR