Qarlı hava ilə əlaqədar travma alan 54 nəfər KTM-ə aparılıb

Qarlı hava ilə əlaqədar travma alan 54 nəfər KTM-ə aparılıb
# 11 yanvar 2023 11:47 (UTC +04:00)

Qarlı hava şəraiti ilə əlaqədar yıxılma səbəbi ilə Kliniki Tibbi Mərkəzə (KTM) müraciət edənlərin sayı artsa da, avtoqəzalar nəticəsində xəsarət alanların sayı kifayət qədər azalıb.

Bu barədə APA-ya Kliniki Tibbi Mərkəzdən xəbər verilib.

Bildirilib ki, son 3 gündə qarlı hava şəraiti ilə əlaqədar yıxılaraq travma alan 54 nəfər KTM-ə aparılıb. Xəsarət alanlardan 3 nəfərin vəziyyəti ağır olduğu üçün xəstəxanaya yerləşdirilib, digər şəxslərə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb:

"Bu dövr ərazində avtomobil qəzaları nəticəsində xəsarət alaraq Mərkəzə müraciət edənlərin sayında isə kəskin azalma müşahidə olunub. Avtomobil qəzası nəticəsində yaralanan 9 nəfər Mərkəzin Təcili yardım şöbəsinə gətirilib. Bu da əvvəlki günlərlə müqayisədə dəfələrlə aşağı göstəricidir. Həkimlər bunu qarlı hava şəraitində şəxsi avtomobillərdən az istifadə edilməsi ilə əlaqələndirir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR