Qaxda iki avtomobil toqquşub, ölən var -VİDEO

Qaxda iki avtomobil toqquşub, ölən var  -VİDEO
# 20 yanvar 2022 16:45 (UTC +04:00)

Qax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, rayonun Qum kəndi ərazisində Məhəmməd Xəlilovun idarə etdiyi “Mercedes” və Təbriz Məmmədovun idarə etdiyi “Ford” markalı avtomobillər toqquşub. Nəticədə “Mercedes”də olan sərnişin, rayon sakini Dilafət Xəlilova aldığı xəsarətlərdən xəstəxanada ölüb, bacısı İradə Əliyeva isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR