Qaxın Sarıbaş kəndinə 7 sm hündürlüyündə qar yağıb - FOTO

Qaxın Sarıbaş kəndinə 7 sm hündürlüyündə qar yağıb - FOTO
# 01 aprel 2023 09:21 (UTC +04:00)

Şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti davam edir, bölgədə 3 dərəcə şaxta qeydə alınıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, son iki gündür ki, ölkənin şimal-qərb bölgəsində yağışlı və qarlı hava şəraiti hökm sürür, havanın hərarəti mənfi 3 dərəcəyə qədər aşağı düşüb. Martın 31-dən aprelin 1-ə keçən gecədən başlayaraq bölgənin dağ və dağətəyi kəndlərinə fasilələrlə qar yağıb.

Bölgədə qar ən çox dəniz səviyyəsindən 1700 metr yüksəklikdə yerləşən Qax rayonu Sarıbaş kəndinə yağıb. Bu gün səhər saatlarında kənddə qarın hündürlüyü 7 sm olub, 3 dərə şaxta qeydə alınıb. Hazırda bölgədə qeyri sabit hava şəraiti davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR