Qaydaları pozan 12 nəfərin imtahan nəticəsi ləğv edilib

Dövlət İmtahan Mərkəzi

© APA | Dövlət İmtahan Mərkəzi

# 22 iyul 2022 16:52 (UTC +04:00)

Dövlət İmtahan Mərkəzi tərəfindən 6-7 iyulda II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanında iştirak etmək üçün ərizə təsdiq etmiş 29398 abituriyentdən (II qrup üzrə 12778 nəfər, III qrup üzrə 16620 nəfər) 509 nəfəri (II qrup üzrə 301 nəfər, III qrup üzrə 208 nəfər) imtahanda iştirak etməyib.

Bu barədə APA-ya Dövlət İmtahan Mərkəzindən xəbər verilib.

Bildirilib ki, imtahanda iştirak edən abituriyentlərdən 12 nəfəri qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR