Qəbələdə şəhid ailələri ilə görüş keçirilib - FOTO - VİDEO

Qəbələdə şəhid ailələri ilə görüş keçirilib - FOTO  - VİDEO
# 28 iyun 2022 10:18 (UTC +04:00)

Qəbələ şəhərində 60 nəfər şəhid övladının iştirakı ilə Fövqəladə Hallar və Təhsil nazirliklərinin təşkilatçılığı, Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının, Gənclər və İdman Nazirliyinin və Qəbələ Rayon İcra Hakimiyyətinin dəstəyi ilə "Gənc xilasedici və yanğınsöndürən” IX Ümumrespublika birinciliyinin final mərhələsi keçirilir.

APA-nın yerli bürosunun xəbərinə görə, tədbir çərçivəsində iyunun 27-də Qəbələ şəhərində yerləşən Qafqaz Riverside otelində Silahlı Qüvvələr Günü münasibətilə Qəbələ rayonundan olan Vətən müharibəsi şəhidlərinin ailələri ilə görüş keçirilib. Görüşdə Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov, FHN-in İctimaiyyətlə əlaqə idarəsinin rəis müavini polkovnik Məhbubə Mustafayeva, respublikanın xalq artisti Nürəddin Mehdixanlı, Azərbaycan Respublikası Audiovizual Şurasının üzvü Telli Pənahqızı və digər şəxslər iştirak ediblər.
Dövlət Himninin səsləndirilməsindən sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra tədbirdə çıxış edən natiqlər ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu bütün dövrlərdə ordu quruculuğunu, milli hərbi kadrların hazırlanmasını, Silahlı Qüvvələrin təkmilləşdirilməsi və maddi-texniki bazasının gücləndirilməsini daim diqqətdə saxladığını vurğulayıblar. Qeyd olunub ki, bu mütərəqqi siyasət dövlət başçısı, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Çıxışlarda bildirilib ki, Azərbaycanın şanlı Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi ilə hərb tarixinin yeni və şanlı salnaməsini yazıb. Rəşadətli Ordumuzun şücaəti, Vətən torpaqları uğrunda apardığı ölüm-dirim savaşı sayəsində ərazi bütövlüyümüz bərpa olunub, haqq-ədalət öz yerini tapıb. Qeyd olunub ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhidlərimizin ailələrinə, qazilərə dövlət tərəfindən böyük diqqət və qayğı göstərilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən biri də məhz şəhid ailələrinin, müharibə veteranları və qazilərin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunmasıdır.
Tədbirdə Fövqəladə Hallar Nazirliyi tərəfindən şəhid ailələrinə hədiyyələr təqdim olunub. Həmçinin, şəhid Cabbarzadə Məmmədiyə Məhəmməd oğlunun övladı Cabbarzadə Əlinin doğum günü münasibəti ilə tort kəsilib və hədiyyə təqdim olunub.
Daha sonra tədbir milli vətənpərvərlik ruhunda konsert proqramı ilə davam etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR