Qəbul imtahanlarının I cəhdində maksimum balın toplanmamasına münasibət bildirilib

Qəbul imtahanlarının I cəhdində maksimum balın toplanmamasına münasibət bildirilib
# 10 iyun 2022 12:54 (UTC +04:00)

Qəbul imtahanlarının I cəhdində heç bir abituriyentin maksimum nəticə (700 bal) toplaya bilməməsinə aydınlıq gətirilib.

APA xəbr verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə açıqlama verib.

O bilidirib ki, bu, sualların çətinliyi ilə əlaqədar deyil:

"699 balı toplayanla 700 balı toplayan eyni səviyyədə olan uşaqlardır. Ümumiyyətlə, 600, 650 baldan yuxarı nəticə göstərən uşaqlar arasında pedoqoji cəhətdən heç bir fərq yoxdur. Ola bilər ki, hansısa bir materialla əlaqədar nəyisə bilməyib və ya səhv buraxıblar. Bununla əlaqdar maksimum nəticə olmayıb. Biz burada heç bir problem görmürük. Problem orta statistik abituriyentin nəticəsinin aşağı olmasıdır".

Məleykə Abbaszadə deyib ki, çətin suallara 25-30 faiz kontingent cavab verirsə, deməli suallar işləyir:

"Onsuz da bu suallar hər kəsin cavab verə bilməsi üçün nəzərdə tutulmayıb".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR