Qeyri-sabit hava iyunun 9-dək davam edəcək

Qeyri-sabit hava iyunun 9-dək davam edəcək
# 05 iyun 2023 11:55 (UTC +04:00)

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti iyunun 9-u gündüzədək davam edəcək.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda yağıntıların intensiv və güclü olacağı ehtimalı var.

Gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR