ETSN: Qeyri-sabit hava şəraiti iyulun 14-ü gündüzədək davam edəcək

ETSN: Qeyri-sabit hava şəraiti iyulun 14-ü gündüzədək davam edəcək
# 12 iyul 2019 17:27 (UTC +04:00)

İyul ayının 12-də axşam qərb rayonlarından başlayaraq küləyin güclənməsi müşahidə edilir.

Ekologiya Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumatına əsasən, küləyin maksimal sürəti Gəncədə saat 16:08-16:20 radələrində 23-28 m/s, Tovuzda 26 m/s, Ağstafada 16-18 m/s, Şəmkirdə qərb küləyi 22 m/s-yə çatıb. Gədəbəydə diametri 11 mm olan dolu qeydə alınıb.

Ölkə ərazisində qeyri-sabit hava şəraiti iyulun 14-ü gündüzədək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR