QHT qanunvericiliyinə dəyişikliklər təklif olunub

Milli Məclis

© APA | Milli Məclis

# 01 noyabr 2022 11:21 (UTC +04:00)

“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” və “Qrant haqqında” qanunlara dəyişikliklər təklif olunur. Dövlət tərəfindən də bu dəyişikliklərə münasibət müsbətdir”.

APA-nın xəbərinə görə, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin bu gün “Parlament – QHT əməkdaşlığının gücləndirilməsi” mövzusunda təşkil etdiyi ictimai dinləmədə deputat, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri Azay Quliyev deyib.

O bildirib ki, Milli Məclis də QHT-lərdən digər qanunlarla bağlı təklifləri dinləməyə hazırdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR