QHT təmsilçilərinin növbəti hissəsi Şuşaya səfər edib - FOTO

QHT təmsilçilərinin növbəti hissəsi Şuşaya səfər edib - FOTO
# 09 sentyabr 2022 15:46 (UTC +04:00)

Qeyri-hökumət təşkilatlarının Şuşaya növbəti səfəri başlayıb.

APA nın Qarabağ bürosunun xəbərinə görə, Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının geniş tərkibdə nümayəndə heyətlərinin Şuşa şəhərinə növbəti səfərinə Cıdır düzündən start verilib.

Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev APA-ya bildirib ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən təşkil olunan üç günlük səfəri sabah başa çatacaq: “Hər gün 150-dən çox QHT nümayəndəsinin, habelə bloger və ictimai fəalın iştirak edəcəyi səfərlərdə ümumilikdə 500 nəfər iştirak edəcək”.

V.Quliyev onu da bildirib ki, QHT-lərin işğaldan azad olunmuş ərazilərə səfərləri mütəmadi əsasda təşkil edilir: “Onlar səfər etdikləri ərazilərdə işğalın ağır nəticələri, Azərbaycan xalqının maddi-mədəni və tarixi irsinə qarşı törədilmiş soyqırımı fəaliyyəti nəticəsində dağıdılmış yaşayış məskənləri və mədəni-tarixi nümunələrlə tanış olurlar. Eyni zamanda səfər iştirakçıları Şuşada və yol boyunca işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma və geniş miqyaslı tikinti işlərinin həcmini və sürətini izləyə bilirlər”.

Qeyd edək ki, Şuşa səfəri QHT-lərin Qarabağ bölgəsinə sayca 14-cü səfəridir. Bu günədək yalnız Şuşaya QHT-lərin 1000-dən artıq nümayəndəsinin, ümumilikdə Qarabağa 2000 nəfərədək QHT təmsilçisinin səfəri təşkil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR