"Qırmızı kitab"ın III nəşri ilə bağlı tədqiqatlar aparılır - FOTO

"Qırmızı kitab"ın III nəşri ilə bağlı tədqiqatlar aparılır - FOTO
# 15 may 2022 15:42 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Milli Elmlər Akademiyasının mütəxəssislərindən ibarət qrup tərəfindən Şamaxı və Qobustan rayonları ərazisində, eyni zamanda Şahdağ Milli Parkı və Pirqulu Dövlət Təbiət Qoruğunda bitkilərin monitorinqi aparılıb.

Nazirlikdən APA-ya verilən xəbərə görə, “Qırmızı kitab”ın III nəşrinin hazırlanması ilə bağlı keçirilən çöl tədqiqat işləri zamanı Səhləbkimilər (Orchidaceae), Göyzəbankimilər (Boraginaceae), Soğankimilər (Alliaceae) və Zambaqkimilər (Liliaceae) fəsilələrinə aid olan bitkilərin nadir növləri tədqiq edilib.

Həmin növlərin statuslarının qiymətləndirilməsi üçün fotoşəkilləri çəkilib, GPS koordinatları müəyyənləşdirilməklə digər vacib məlumatların qeydiyyatı aparılıb.

Nazirlik aparılan tədqiqatlar nəticəsində nadir və nəsli kəsilmək təhlükəsi olan bitki növlərindən bəzilərinin fotoşəkillərini təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR