“Qızıl Qlobus”un qalibləri məlum olub

“Qızıl qlobus”un qalibləri məlum olub

© APA | “Qızıl qlobus”un qalibləri məlum olub

# 10 yanvar 2022 10:23 (UTC +04:00)

Hollivud Xarici Jurnalistlər Birliyi 2021-ci il üzrə “Qızıl Qlobus” qaliblərinin adlarını açıqlayıb.

APA “TASS”-a istinadən xəbər verir ki, bu il mükafatın təşkilatçıları mərasimin ənənəvi birbaşa yayımından imtina ediblər.

Əsas nominasiyalar üzrə qaliblərin siyahısı belədir:

Ən yaxşı dram filmi – “İtin gücü”.
Ən yaxşı dram aktyoru - Uill Smit ("Kral Riçard").
Ən Yaxşı qadın dram aktrisası - Nikol Kidman (“Rikardo olmaq”).
Ən yaxşı animasiya filmi - "Enkanto".
Ən yaxşı xarici film - "Maşınımın sükanına keç".
Ən yaxşı aktrisa və aktyor - Keyt Uinslet ("İsttaunlu Meyr") və Maykl Kiton ("Breaking").
Ən yaxşı ssenari - Kennet Brana (“Belfast”).
Ən yaxşı komediya/müzikl aktrisası - Reyçel Zeqler (“Vestsayd tarixçəsi”).
Ən yaxşı bəstəkar - Hans Zimmer (“Dyun”).
Ən yaxşı film mahnısı - “Ölməyə vaxt yoxdur” (Billi Ayliş).
Ən yaxşı dram serialı – “Varislər”
Ən yaxşı komediya/müzikl –“Vestsayt tarixçəsi”.
Ən yaxşı rejissor - Ceyn Kempion (“İtin gücü”).

Qeyd edək ki, "Qızıl qlobus" 1944-cü ildən etibarən təqdim edilən Amerika kino mükafatıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR