Qohum olmayanların donorluğuna nəzarət üçün Etika Komissiyası fəaliyyət göstərəcək

Qohum olmayanların donorluğuna nəzarət üçün Etika Komissiyası fəaliyyət göstərəcək
# 29 mart 2023 15:12 (UTC +04:00)

Qohum olmayan şəxslərin donorluğuna nəzarət üçün Səhiyyə Nazirliyi nəzdində Etika Komissiyası fəaliyyət göstərəcək.

APA xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin sədri Yeganə Abbasova deyib.

O bildirib ki, Komissiya tərəfindən qohum olmayan donorun həqiqətən təmənnasız olaraq orqanını verməsi aydınlaşdırılacaq və beləliklə qeyri-qanuni orqan alverinin qarşısı alınacaq:

"Komissiyanın 5 üzvü olacaq. Üzvlər arasında Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsindən də nümayəndə olacaq. Komissiya tərəfindən həqiqətən donorluğa ehtiyac olub-olmadığı müəyyənləşəcək. Komissiya bu həftədən fəaliyyətə başlayacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR