Quba Soyqırımı Memorialında qanunsuz tikintiyə görə məhkəməyə müraciət oluna bilər

Quba Soyqırımı Memorialında qanunsuz tikintiyə görə məhkəməyə müraciət oluna bilər
# 03 oktyabr 2022 19:51 (UTC +04:00)

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli Quba Soyqırımı Memorial Kompleksində olub.

Bu barədə APA-ya Dövlət Xidmətindən məlumat verilib.

Kompleksin mühafizə zonasında aparılan qanunsuz tikinti işləri haqqında məlumat verilib.

Dövlət Xidmətinin, rayon icra hakimiyyətinin və digər aidiyyəti dövlət qurumlarının operativ müdaxiləsi nəticəsində tikinti işləri dayandırılıb.

Azad Cəfərli diqqətə çatdırıb ki, Abidə qoruğun qorunması, gələcək nəsillərə çatdırılması hər bir kəsin mənəvi borcudur. O qeyd edib ki, kompleksin ərazisində həyata keçiriləcək hər hansı bir fəaliyyət ancaq qanunvericiliyin tələbləri çərçivəsində icra oluna bilər.

Qoruğun mühafizə zonasında kompleksin fəaliyyət istiqamətindən kənar hər hansı bir hərəkət yolverilməzdir.

Xidmət rəisi bildirib ki, məsələnin həlli ilə bağlı müvafiq məhkəmə instansiyalarına da müraciət edilməsi istisna deyil.

Azad Cəfərli Soyqırımı Memorial Kompleksin fəaliyyətinin daha da gücləndirilməsi, yaranacaq analoji vəziyyətin operativ şəkildə aradan qaldırılması üçün tapşırıq və tövsiyələrini verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR