Qubada qanvermə aksiyası keçirilib

Qubada qanvermə aksiyası keçirilib
# 18 iyul 2019 15:44 (UTC +04:00)

Bu gün Qubada Heydər Əliyev Fondunun təşəbbüsü ilə hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkən xəstələr üçün qanvermə aksiyası keçirilib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, yardım məqsədilə təşkil olunan aksiyada 200-dən çox könüllü donordan qan götürülüb.

Qanvermə aksiyası Səhiyyə Nazirliyinin B.Eyvazov adına Hematologiya və Transfuziologiya İnstitutunun nəzdində Mərkəzi Qan Bankı və Quba Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilib.

Mərkəzi Qan Bankının Quba bölməsində təşkil olunan qanvermə aksiyasında xüsusi tibb briqadasının həkim-hematoloqları rayon mərkəzi xəstəxanasının tibb heyəti ilə birgə donorları müayinə etdikdən sonra onlardan qan götürüblər.

Humanitar aksiya çərçivəsində toplanan qan irsi qan xəstəliklərinin müalicəsində istifadə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR