Qubada qəbiristanlıqda top mərmiləri tapılıb

Qubada qəbiristanlıqda top mərmiləri tapılıb
# 12 iyul 2019 18:07 (UTC +04:00)

Bu gün saat 13:46-da Daxili İşlər Nazirliyinin (DİN) ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Quba rayonu, Qırmızı qəsəbə ərazisində mərmi tapılması barədə məlumat daxil olub.

ANAMA-dan APA-ya verilən məlumata əsasən, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və DİN-in Quba rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Quba rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə 2-ci yəhudi qəbiristanlığına baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 2 ədəd 76 mm-lik top mərmisi (Ş-354) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Top mərmilərinin ətrafında 200 kv.m əraziyə yerüstü, 30 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR